Dünya

Səudiyyə Ərəbistanında 2600 illik kitabə tapıldı

16 İyul 2021 21:10
0 Şərh     Baxış: 1 140
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanının İrs İdarəsi eramızdan əvvəl VI əsrin ortalarına aid ölkənin tarixindəki ən uzun kitabənin aşkarlandığını elan edib.

Milli.Az xəbər verir ki, arxeoloji qazıntılar ölkənin şimalındakı Əl-Hait Valiliyinin Əl-Hail bölgəsində aparılıb.

Bəyanatda bildirilib ki, yeni kəşf eramızdan əvvəl VI əsrin ortalarında Babil Kralı Nabonidusa (Eramızdan əvvəl 556 - 539) məxsus olan və Ərəbistan yarımadasının tarixi roluna, mədəni əhəmiyyəti və qədim Yaxın Şərq mədəniyyətlərinin əksəriyyətilə mədəni əlaqə saxladığına dair daha çox sübut gətirən qaya kitabələrini ortaya qoyub.

Arxeoloji kəşf bazalt qayalarından birinin üzərində Babil padşahının əlində bir əsa və qarşısında bir sıra dini simvollar təsvir etdiyi bir yazı və təxminən 26 sətirdən ibarət mixi yazı mətnini ortaya çıxarıb. Bunun Səudiyyə Ərəbistanında indiyə qədər tapılan ən uzun yazılı mətn olduğu ifadə edilib.

Bəyanatda yeni kəşfin mütəxəssislər tərəfindən nəzərdən keçirilməsinə və təhlilinə başlandığı və nəticələrin gələcəkdə açıqlanacağı vurğulanıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.