Dünya

"Dato Ağcabədinski"nin "oğru" dostu pasportunu yedi: Kiyev və Tiflis çıxılmaz vəziyyətdə

12 İyul 2021 19:09
0 Şərh     Baxış: 1 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna polisi "Avto Kopala" ləqəbli "qanuni oğru" Avtandil Kobeşavidzeni ölkədən deportasiya edə bilməyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Kiyevin "Borispol" aeroportundan Batumiyə getmək üçün təyyarəyə mindirilən "Avto Kopala" pasportunu yeyib. 

Məlumata görə, "qanuni oğru"ya görə, uçuş təxirə salınıb. Yüzdən çox sərnişin saatlarla gözləmə zalında qalıb. Avtandil Kobeşavidze isə Ukrayna və Gürcüstanı çıxılmaz vəziyyətdə qoyub. Pasportu yararsız olduğundan o, nə Gürcüstana gedə bilir, nə də UKrayna onu geri qaytarır.

Xatırladaq ki, "Avto Kopala"nın azərbaycanlı "qanuni"oğru" "Dato Ağcabədinski" ləqəbli Cavid Məmmədovla dostluq münasibəti var. Onlar bir yerdə Rusiyanın ən məşhur həbsxanası sayılan "Vladimirski sentral"da bir yerdə cəza çəkiblər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.