Dünya

Rusiya əcnəbilərlə bağlı bu qaydanı ləğv edə bilər

9 İyul 2021 15:42
0 Şərh     Baxış: 941
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Daxili İşlər Nazirliyi əcnəbilərin ölkəyə girişi və yaşaması qaydalarına dəyişikliklər hazırlayıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, nazirlik əcnəbilərin müvəqqəti yaşamaq üçün icazəsini ləğv etmək istəyir.

Belə ki, DİN əcnəbilərlə bağlı üç rejim tətbiq etməyi təklif edir. Bunlar qısa müddətli (təqvim ili ərzində ümumilikdə 90 gündən çox olmamaqla), uzun müddətli (təqvim ili ərzində daimi yaşayış icazəsi almadan ümumilikdə 90 gündən çox) və daimi yaşayışdır (müddətsiz).

Bununla belə, icazəyə sahib əcnəbilər Rusiya sərhədlərindən kənara çıxmamaqla ölkədə olma məqsədlərini dəyişə bilərlər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.