Dünya

Braziliyalı ictimai fəal "Cronimet" şirkətindən Oxçuçayın çirkləndirilməsinə son qoyulmasını tələb edib - FOTO

7 İyul 2021 17:27
0 Şərh     Baxış: 514
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyada yaşayan və Azərbaycansevərliyi ilə fərqlənən ictimai fəal Andreia Hiromi ölkəmizin ərazisindən keçən Oxçuçayın çirkləndirilməsinə etiraz əlaməti olaraq Almaniyanın "Cronimet" şirkətinin Braziliyadakı nümayəndəliyinə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, müraciətdə şirkətin ətraf mühitin qorunması kimi mühüm məsələdə məsuliyyətsiz davranış nümayiş etdirdiyinə diqqət cəlb edilib. Səhmlərinin böyük hissəsinin Almaniyanın "Cronimet" şirkətinə məxsus olduğu Ermənistanın Zəngəzur mis-molibden kombinatının istehsalat tullantılarını ilkin təmizləmə işləri aparmadan birbaşa Oxçuçaya buraxması və ekoloji standartlara riayət etməməsi nəticəsində Azərbaycan ərazisində flora və faunaya, eləcə də insan sağlamlığına böyük təhlükə yarandığı vurğulanıb.

Andreia Hiromi "Cronimet" şirkətini ekoloji cinayətə göz yummamağa, ətraf mühitin qorunmasına dair öhdəliklərini yerinə yetirməyə və Oxçuçayın çirkləndirilməsinə son qoymağa çağırıb.

Eyni zamanda, Braziliyanın https://brasiliainfoco.com xəbər saytında Ermənistan və Almaniya şirkətlərinin Azərbaycan ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayda ekoloji cinayət törətməsi barədə məqalə yerləşdirilib.

Braziliyalı jurnalist Fabiana Ceyhanın qələmə aldığı məqalədə bildirilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dörd çaydan götürülmüş su nümunələri Almaniyanın SGS laboratoriyasında analiz edilib. Nəticədə 4 çayın hamısının Ermənistan tərəfindən əhəmiyyətli dərəcədə çirkləndirilməyə məruz qaldığı, Oxçuçayda isə ekoloji fəlakətin yaşandığı aşkarlanıb. Azərbaycan tərəfinin həmin şirkətlərin fəaliyyətinin dayandırılmasını tələb etdiyi nəzərə çatdırılıb.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://brasiliainfoco.com/ministerio-da-ecologia-e-recursos-naturais-do-azerbaijao-afirma-que-ha-4-rios-contaminados-quimicamente/

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.