Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1392 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 372 685, ölənlərin sayı isə 5 394 nəfərə çatıb. Virusa yoluxanlardan 356 780 nəfərin sağaldığı bildirilir.
Milli.Az