Gürcüstanda koronavirusa yoluxanların sayı 372 mini keçib

7 İyul 2021 17:36

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1392 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 372 685, ölənlərin sayı isə 5 394 nəfərə çatıb. Virusa yoluxanlardan 356 780 nəfərin sağaldığı bildirilir.

Milli.Az