Rusiya Fövqəladə Hallar Nazirliyi bu gün qəzaya düşmüş "An-26" tipli sərnişin təyyarəsinin axtarış prosesindən görüntülər yayımlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, axtarış vertolyotundan çəkilmiş videoda eniş zamanı təyyarənin çırpıldığı qayanı görmək mümkündür.
Kadrlarda, həmçinin toqquşmadan sonra təyyarənin parçalarının ətrafa səpələndiyi də yer alıb.
Qeyd edək ki, Petropavlovsk-Kamçatka-Palana reysi üzrə hərəkət edən təyyarənin göyərtəsində 6-sı ekipaj üzvü və 22-si sərnişin olmaqla 28 nəfərin olduğu bildirilir. Qəza nəticəsində sağ qalan olmayıb.
Milli.Az