Dünya

Əbu-Dabidən Bakıya birbaşa aviareys yerinə yetiriləcək

5 İyul 2021 13:49
0 Şərh     Baxış: 564
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Air Arabia" aviaşirkəti iyulun 15-dən etibarən Əbu-Dabidən Bakıya birbaşa uçuşlara başlayacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, reyslər həftənin çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Məlumata görə, təyyarə Bakıda saat 16:15-də enəcək, Bakıdan isə Əbu-Dabi istiqamətində saat 19:15-də yola düşəcək.

Xatırladaq ki, hazırda Bakıdan BƏƏ-nin Dubay şəhərinə birbaşa aviareyslər üzrə uçuşlar yerinə yetirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.