Dünya

Slovakiyaya səfər edən peyvənd olunmayan bütün şəxslər 14 günlük icbari karantinə alınacaqlar

4 İyul 2021 20:55
0 Şərh     Baxış: 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusun yeni ştamlarının yayılması təhlükəsini nəzərə alaraq Slovakiya hökuməti ölkəyə giriş qaydalarını yenidən sərtləşdirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iyulun 9-dan etibarən ölkəyə səfər edən və koronavirus əleyhinə peyvənd olunmamış bütün şəxslər, hansı ölkədən gəlməsindən asılı olmayaraq, 14 günlük icbari karantinə alınacaqlar. Yalnız karantinin 5-ci günü mənfi nəticəli PCR testi ilə karantinə vaxtından əvvəl son qoymağa icazə veriləcək.

Slovak hökumətinin qəbul etdiyi bu qərar, ilk növbədə, qonşu Çexiyada məyusluq doğurub. Çünki Slovakiyanın Yüksək Tatra dağları bu ölkədə sevilən turizm regionu sayılır və həmin regionda tətil planlarına ciddi təsir göstərəcək.

Ölkə ərazisindən tranzit səfər üçün istifadə edən səyahətçilər üçün karantin öhdəliyi tətbiq olunmayacaq. Misal üçün, Almaniyadan Çexiya və Slovakiyadan keçməklə Macarıstana səfər edən şəxslərin ölkə ərazisinə giriş-çıxışı sərbəst olacaq. Lakin onlar qoyulmuş müddət ərzində ən qısa marşrut üzrə ölkə ərazindən keçib getməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.