Dünya

ÜST Avropada növbəti koronavirus dalğası barədə xəbərdarlıq edib

2 İyul 2021 21:04
0 Şərh     Baxış: 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropada koronavirusa yoluxma halları on həftəlik azalmadan sonra ilk dəfə olaraq yenidən artmağa başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Kluqe deyib. O bildirib ki, səfərlər, insanların daha sıx bir araya gəlməsi və sosial məhdudiyyətlərin yumşaldılması ötən həftə yoluxma hallarının öncəki həftə ilə müqayisədə 10 faiz artımına səbəb olub.

Vəziyyəti şərh edən ÜST rəsmisi pandemiya dövründə bundan sonra da diqqətli olmağa çağırıb və Avropada növbəti koronavirus dalğası barədə xəbərdarlıq edib. O bildirib ki, əgər Avropada nizam-intizama ciddi riayət olunmazsa, belə bir dalğa qaçılmaz olacaq. Hazırda Portuqaliya və Böyük Britaniya yeni yoluxma hallarının artımına qarşı mübarizə aparırlar. Yüksək yoluxma xüsusiyyətinə malik "delta" variantı hazırkı yoluxmaların sürətlə artımına əsas səbəbkar kimi görülür, o, artıq "alfa" variantını üstələmək üzrədir və avqust ayında Avropada koronavirusun dominant variantına çevrilə bilər.

H.Kluqe qeyd edib ki, vaksinasiya kampaniyalarının ləng getməsi insan həyatı bahasına başa gəlir. Eyni zamanda, vaksinasiya belə yavaş getsə, yeni ştamların meydana gəlməsi təhlükəsi daha çox olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.