Dünya

Kim Çen yüksək vəzifəli şəxsləri işdən azad etdi - SƏBƏB

30 İyun 2021 17:42
0 Şərh     Baxış: 1 523
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şimali Koreya lideri Kim Çen İn bəzi yüksək rütbəli məmurları ölkədə yayılan COVID-19 epidemiyasını düzgün idarə etməmələri səbəbilə işdən azad edib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, o, Kommunist Partiyası İdarə Heyətinin toplantısında bəzi məmurların xalqın təhlükəsizliyi üçün böyük narahatlığa səbəb olan ciddi səhvlərə yol verdiklərini bildirib.

Yüksək vəzifəli məmurların səriştəsizliyi və məsuliyyətsizliyinin vacib vəzifələrin yerinə yetirilməsini əngəlləyən mühüm amil olduğunu söyləyən Şimali Koreya lideri, işdən çıxarılan həmin şəxsləri passiv və eqoist adlandırıb.

İşdən çıxarılan yüksək vəzifəli şəxslərin adları və vəzifələri isə açıqlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.