Dünya

İran Xəzərdə hərbi təlimlərə başladı

30 İyun 2021 14:28
2 Şərh     Baxış: 1 072
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İran Hərbi Dəniz Qüvvələri (HDQ)​ bu gün Xəzər dənizində "Dayanıqlı Təhlükəsizlik 2021" adlı hərbi təlimlərə başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İranın "Mehr News" agentliyi məlumat verib.

Hərbi təlimlər dənizdə kollektiv təhlükəsizliyi təşviq etmək, səlahiyyətlilərin himayəsi altında sülh və dostluq elan etmək, döyüş effektivliyini və döyüş hazırlığını artırmaq, dərin biliklərə yiyələnmək, təlim almaq, habelə gənc nəslə texniki bilikləri ötürmək məqsədilə keçirilir.

Qeyd edək ki, dəniz təlimlərinin təhlükəsizliyi hava qüvvələri və müdafiə bölmələri tərəfindən təmin ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.