Dünya

Rusiyada kiçik gəmi teploxodla toqquşaraq batıb

23 İyun 2021 10:19
Baxış: 841
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Sankt-Peterburq şəhərinin sahillərində kiçik həcmli gəmi teploxodla toqquşmadan sonra batıb.

Milli.Az bildirir ki, bu barədə "Report" xəbər verir.

Qeyd edilir ki, hadisə zamanı xilasedicilər tərəfindən bir neçə nəfər sahilə çatdırılıb.

İlkin məlumata görə, "Neva-1" teploxodu ilə kiçik həcmli gəmi toqquşub.

"Toqquşma nəticəsində göyərtəsində 6 nəfərin olduğu kiçik həcmli gəmi batıb, gəmidəki şəxslər xilasedicilər tərəfindən sahilə çatdırılıb, heç kim zərər çəkməyib", - xəbərdə deyilir.

İstintaq orqanları teploxodla kiçik həcmli gəminin toqquşması faktı üzrə araşdırma aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.