Dünya

ABŞ-da pis hava şəraiti səbəbindən 12 nəfər ölüb

20 İyun 2021 23:05
Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Alabama ştatında pis hava şəraiti səbəbindən yaranmış qəzalarda 10 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, iki avtomobilin toqquşması nəticəsində doqquz uşaq və bir yetkin insan ölüb. Telekanalın yerli icra orqanlarına istinadən verdiyi məlumata görə, hadisə bölgədə tüğyan edən cərəyanlar səbəbindən baş verib.

Yerli "Tuscaloosa News" qəzeti pis hava şəraitinin səbəb olduğu daha bir hadisə barədə xəbər verib: ağac bir evin üstünə aşıb, 24 yaşlı kişi və onun 3 yaşlı oğlu ölüb.

"USA Today" qəzeti xəbər verir ki, cərəyan ABŞ-ın Alabama ştatında leysan yağışlara, daşqına və güclü küləklərə səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.