Dünya

Kolumbiyada hərbi bazada güclü partlayış: 36 hərbçinin vəziyyəti ağırdır - VİDEO

16 İyun 2021 13:48
Baxış: 1 103
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kolumbiya hərbi bazada partlayış baş verib. 

Milli.Az unikal.org-a istinadən bildirir ki, hadisə Cucuta şəhərində qeydə alınıb.  Belə ki, naməlum şəxslər bazada olan  iki avtomobili partladıblar. Partlayış nəticəsində 36 hərbçi ağır yaralanıb.  Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Kolumbiyanın Milli Müdafiə Naziri Diego Molano hadisə yerinə gəlib. 

Yerli hakimiyyət orqanları cinayətlərin arxasında Milli Qurtuluş Ordusu və Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin dayandığını bildirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.