Dünya

Ankarada maşınlar suyun altında qalıb - VİDEO

12 İyun 2021 10:34
Baxış: 1 247
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ankarada davam edən güclü leysan yağışları xüsusilə Sincan rayonunda küçə və yolların su basmasına səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən günorta saatlarından etibarən başlayan leysan yağışları hələ də davam edir.

Sincan rayonunda yaranan sel və daşqınlar nəticəsində dayanacaqları su basıb, çoxlu sayda avtomobil su altında qalıb. ​Bir çox binanın giriş mərtəbələri və zirzəmilərinə də su dolub. Bəzi yol və körpülər nəqliyyata bağlanıb.

Vətəndaşlar öz imkanları ilə suyu boşaltmağa çalışıb. Bələdiyyə qrupları da rayonda suyun boşaldılması üçün işlərə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.