Niderlandda Ermənistana qarşı etiraz aksiyası keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Niderlandın Rotterdam və Haarlem şəhərlərində Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsinə etiraz əlaməti olaraq aksiya keçirilib.
Komitədən Milli.Az-a verilən məlumata görə, bir nəfərlik etiraz aksiyalarında BAK-ın gənc üzvləri və yerli sakinlər iştirak ediblər. Aksiyalar zamanı üzərində "Qarabağı minalardan azad et", "Bizi minalardan azad et", "Mina ölümlərinə son!" şüarları yazılmış ağ köynəklər geyinən gənclər şəhərin müxtəlif yerlərində Ermənistanın hərbi cinayətlərindən bəhs edən plakatları nümayiş etdiriblər.
"Sorgulara baxmayaraq erməni tərəfi mina xəritələrini verməkdən imtina edir" başlıqlı plakatlarda qorxunc mina partlayışlarının təsviri fonunda Azərbaycanın azad olunmuş torpaqlarında baş verən hər mina partlayışının Ermənistanın hərbi cinayəti olduğu, Azərbaycanın mülki vətəndaşlarının və hərbi qulluqçularının azad edilmiş torpaqlarda Ermənistan silahlı qüvvələri tərəfindən yerləşdirilmiş minaların təsiri ilə öldüyü və bu faciəli halların davam etdiyi, mina xəritələrinin verilməməsinin azərbaycanlıların öz evlərinə geri qayıtmasına çətinlik törətdiyi nəzərə çatdırılıb.
Aksiya ilə maraqlanan şəhər sakinlərinə işğaldan azad edilmiş Azərbaycan torpaqlarında beynəlxalq konvensiyalara zidd olaraq Ermənistanın yerləşdirdiyi minaların xəritələrini təhvil verməkdən imtina etməsi, Qarabağ və ətraf rayonlarda Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minalarda mülkü Azərbaycan vətəndaşlarının, jurnalistlərin və məmurların həlak olması ilə nəticələnən faciəli hadisələr barədə ətraflı məlumat verilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)





