Dünya

İtaliyada sağçı və mühafizəkar qüvvələr yeni siyasi alyans qurmağa hazırlaşır

6 İyun 2021 19:39
Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada sağçı "Leqa" və mühafizəkar "Forza İtalia" partiyaları yaxın gələcəkdə sıx əməkdaşlığa dair razılıq əldə ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Leqa" rəhbəri, keçmiş daxili işlər naziri Matteo Salvini və "Forza İtalia" partiyasının sədri, keçmiş Baş nazir Silvio Berluskoni hazırkı Baş nazir Mario Draqinin rəhbərlik etdiyi hökumətin fəaliyyətini dəstəkləmək üçün sağ-mərkəzçi partiyaların federasiyasını yaradacaqlar. Onlar, eyni zamanda, İtaliya parlamentində birgə fraksiyanın yaradılması məsələsini də nəzərdən keçiriblər.

Federasiyanın planları bu ilin oktyabr ayında keçiriləcək bələdiyyə seçkilərində ölkənin bir sıra regionlarında 1300 bələdiyyə üçün birgə namizədlərin müəyyən edilməsi, eyni zamanda, 2023-cü ildə keçiriləcək parlament seçkilərinə hazırlaşmaqdır. Bələdiyyə seçkilərində Roma, Milan, Neapol, Turin və Bolonya kimi mühüm şəhərlərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.