Kraliça II Elizabet Cozef Baydenlə görüşəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyük Britaniya kraliçası II Elizabet iyunun 13-də Vindzor qəsrində ABŞ Prezidenti Cozef Baydeni və onun həyat yoldaşını qəbul edəcək.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Buckingham sarayı məlumat yayıb.
"Kraliça 2021-ci il iyunun 13-də Vindzor qəsrində Birləşmiş Ştatlar Prezidenti Cozef Bayden və Amerikanın birinci xanımı Cill Baydenlə görüşəcək", - deyə kral ailəsinin "Twitter" sosial şəbəkəsində yayımlanan məlumatında bildirilir.
ABŞ Prezidenti iyunun 11-13-də Atlantik okeanı sahilindəki Kornuoll yarımadasında yerləşən Karbis-Bey kurort şəhərində keçiriləcək Yeddilər qrupunun (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) sammiti ilə əlaqədar Birləşmiş Krallığa səfər edəcək. O, ABŞ-ın kraliça ilə görüşən 13-cü prezidenti olacaq. Cozef Bayden, II Elizabetin hakimiyyəti dövründə Ağ evə rəhbərlik edən 14-cü prezidentdir. Kraliça yalnız 1963-1969-cu illərdə ABŞ Prezidenti olmuş Lindon Consonla görüşməyib.
Bundan əlavə, Cozef Bayden Britaniya monarxının Vindzor qəsrində qəbul etdiyi dördüncü Amerika prezidenti olacaq. II Elizabet 1982-ci ildə Ronald Reyqanı, 2008-ci ildə Corc Buşu, 2016-cı ildə Barak Obamanı, 2018-ci ildə isə Donald Trampı London ətrafındakı iqamətgahında qəbul edib.
Maraqlıdır ki, Donald Tramp iki il öncə kraliça II Elizabetlə görüşdən sonra Şotlandiyadakı qolf kurortunda istirahət edərək Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün Helsinki şəhərinə getmişdi. Cozef Bayden də 95 yaşlı monarxla görüşdən sonra Vladimir Putinlə iyunun 16-da keçirilməsi planlaşdırılan danışıqlarda iştirak etmək üçün Cenevrəyə uçacaq. O, İsveçrəyə gedərkən iyunun 14-də NATO iclasında iştirak etmək üçün Brüsseldə dayanacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
Qazaxıstanda hərbi təlim faciə ilə nəticələndi: 9 hərbçi öldü
XƏBƏR LENTİ
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir





