Dünya

"Nestle"nin yazışmaları ifşa olundu: Məhsullarımızın 60 faizi ziyanlıdır

4 İyun 2021 21:20
Baxış: 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən böyük qida istehsalçılarından biri olan İsveçrə mərkəzli Nestle şirkətinin daxili yazışmaları "Financial Times" tərəfindən ortaya çıxarılıb. Belə ki, yazışmalarda Nestle məhsullarının 60 faizinin ziyanlı olduğu, sağlamlıq testlərindən uğursuz keçməsi lə bağlı məlumatlar yer alıb.

Milli.Az xəbər verir ki, "Financial Times" tərəfindən paylaşılan yazışmalarda bazarda olan içki və qida məhsullarının 60 faizindən çoxunun ziyanlı olduğu bildirilib: "Bu məhsulları nə qədər yeniləsək də, heç bir zaman sağlam qidalar siyahısına daxil edilməyəcək", - deyə bildirilib.

Eyni zamanda, təmiz qəhvədən başqa içkilərin 96 faizinin, şirniyyat və dondurmaların isə 99 faizinin ziyanlı məhsullar olduğu qeyd edilib. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.