Dünya

Şoyqunun qızı bloqerə ərə gedir - FOTOlar

2 İyun 2021 12:14
Baxış: 2 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya ailə həyatı qurur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda barmağında üzük şəklini paylaşaraq "İndi gəlinəm və səni çox sevirəm",- şərhini yazıb.

30 yaşlı Kseniyanın idman sahəsi üzrə bloqer Aleksey Stolyarovla evlənəcəyi bildirilir. O, 30 yaşındadır, instaqram, yutub və tiktok-da video paylaşaraq populyarlaşıb. Onun tiktokdakı abunəçilərinin ümumi sayı 5. 5 milyon nəfərdir. Həmçinin Stolyarovun öz idman geyim markası var.

Sergey Şoyqunun kiçik qızı olan Kseniyanın fəaliyyəti mahiyyət etibarilə idmanla əlaqəlidir. O, Rusiya Triatlon Federasiyasının prezidenti, eyni zamanda Qəhrəmanlar Liqası layihəsinin rəhbəri və Qəhrəmanların Yarışı layihəsinin təşkilatçısıdır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.