Dünya

Ağ Evin bütün əməkdaşları işlərini iyul ayında ofisdə davam etdirəcəklər

2 İyun 2021 08:06
Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyası səbəbindən məsafədən işləyən Ağ Evin əməkdaşları iyul ayında işlərini ofisdə davam etdirəcəklər.

Milli.Az APA-ya istinadən bildirir ki, işçilər 6-23 iyul tarixləri arasında mərhələli şəkildə tam iş gününə qayıdacaqlar.

Eyni zamanda, işçilərin ofisdə işləməsinə mane olacaq hər hansı səbəb olarsa, rəhbərliyin razılığı əsasında məsafədən işləməyə icazə veriləcək.

"Forbes" jurnalının məlumatına görə, Ağ Ev işçilərinin 80-90 faizi bu il yanvar ayında - ABŞ Prezidenti Co Baydenin andiçmə mərasimindən bəri məsafədən çalışırlar.

Federal binalarda yalnız əməkdaşların 25 faizinə ofisdə işləmək imkanı verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.