Dünya

Kim Çen İn 24 gündür ictimaiyyət qarşısına çıxmır - SƏBƏB

31 May 2021 19:24
Baxış: 1 473
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

KXDR lideri Kim Çen İn son 24 gündə ictimaiyyət qarşısına çıxmayıb. Sonuncu dəfə o, mayın 7-də Pxenyanda keçirilən konsertə qatılıb.

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi bazar ertəsi günü Seuldakı brifinqdə Şimali Koreya ilə əlaqələrə nəzarət edən Cənubi Koreya assosiasiya nazirliyinin nümayəndəsinə istinadən yayıb.

"Bu, cari ildə Kim Çen İnin ictimaiyyət qarşısında görünmədiyi ən uzun müddətdir" deyə o, qeyd edib.

KXDR liderinin nəyə görə görünməməsinin mümkün səbəbləri açıqlanmır. Bundan əvvəl Cənubi Koreyalı mütəxəssislər ehtimal ediblər ki, Kim Çen İn bu il koronavirus infeksiyası ilə əlaqədar narahatlıqlarına görə ictimai tədbirlərə daha az qatılır.

Keçən ilin may ayında Kim Çen İnin uzun müddət yoxluğu onun ciddi xəstəliyi və ya ölümü barədə şayiələrə səbəb olub.

Ancaq daha sonra o, Suncheon Gübrə Zavodunun açılış mərasimində iştirak edərək ictimaiyyət qarşısına çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.