Dünya

COVID-19-a qarşı yeni dərman istifadəyə verilir

28 May 2021 20:42
Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Qida və Dərman İdarəsi (FDA) Britaniya şirkəti "GlaxoSmithKline" və ABŞ şirkəti "Vir Biotechnology" tərəfindən hazırlanmış COVID-19-a anticismləri olan dərmanın təcili istifadəsinə icazə verib.

Milli.Az "İnterfax"a istinadən xəbər verir ki, "Sotrovimab" xəstəliyin yüksək şiddətə keçmə riski olan böyüklər, 12 yaş və ondan böyük xəstələrdə yüngül və orta dərəcədə COVID-19-un müalicəsi üçün təsdiq edilib.

Bu dərman COVID-19 xəstəxanasına yatan və ya oksigen terapiyası tələb edən xəstələr üçün nəzərdə tutulmayıb.

Şirkətlər müalicənin uyğun ABŞ xəstələri üçün önümüzdəki həftələrdə təqdim ediləcəyini deyiblər.

Həmçinin bildiriblər ki, 2021-in ikinci yarısında dərmanların tam təsdiqlənməsi üçün müraciət etməyi planlaşdırırlar. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.