Hadisə

Bakıda əlilliyi olan şəxsi dilənçiliyə sövq edən qadın saxlanılıb

26 Noyabr 2025 16:48
Baxış: 62
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda əlilliyi olan şəxsi dilənçiliyə sövq edən qadın saxlanılıb.

Milli.Az xəbər verir ki, polis əməkdaşları tərəfindən 1950-ci il təvəllüdlü şəxsin müxtəlif ünvanlara aparılaraq dilənçiliyə sövq edildiyi müəyyən olunub.

Araşdırmalarla bu qanunsuz əməli törədən 1973-cü il təvəllüdlü Məlahət Bayramova müəyyən olunaraq saxlanılıb.

Məlum olub ki, o, taksi ilə əlilliyi olan şəxsi Yevlax rayonundan gətirərək dilənməsi üçün müxtəlif ünvanlara aparıb. Polis əməkdaşları tərəfindən onun hüquqazidd hərəkətlərinin qarşısı alınaraq barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.

Sağlamlıq imkanları məhdud olan şəxs tibbi müayinələrdən keçirildikdən sonra aidiyyəti müəssisəyə təhvil veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.