"Ərimə görə ana ola bilmədiyimi illər sonra ÖYRƏNDİM"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Jurnalist və aparıcı Afət Rahilqızı "Günə Uğurla" verilişinin qonağı olaraq şəxsi həyatı ilə bağlı ilk dəfə geniş və təsirli etiraflar edib.
Milli.Az-ın məlumatına görə, aparıcı bildirib ki, illər boyunca övlad sahibi ola bilməməsinin səbəbinin özündə olduğunu düşündüyü üçün böyük psixoloji gərginlik yaşayıb.
Lakin sonradan məlum olub ki, problem heç də onda deyilmiş:
"İllər sonra öyrəndim ki, ana ola bilməməyimin səbəbi məndə yox, keçmiş həyat yoldaşımda imiş. Mən ana ola bilərəm", - deyə o, bildirib.
Afət Rahilqızı gözləri dolaraq başına gələnləri belə anladıb:
"Övladım olmadığı üçün qaynanam ailəmi dağıtdı. Müalicə üçün anamın yanına getmişdim, qayıdanda gördüm ki, həyat yoldaşım üçün evə başqa qız gətiriblər. 'Afətdən uşaq olmur, bizə nəvə lazımdır' deyiblər. Mən onu sevmirdim, amma o məni çox sevirdi. Həyatda elə də mübariz biri deyiləm, amma qarşıma məqsəd qoydum ki, işimlə tanınacağam və bir gün bu qərarlarına görə peşman olacaqlar".
Aparıcı əlavə edib ki, keçmiş ailəsinin ona qarşı münasibəti sonradan dəyişsə də, yaşananlar həyatında dərin iz buraxıb:
"Sonradan öyrəndim ki, səbəb onda olub. Mənim üçün çox ağır idi. Həyatımda ciddi bir münasibət arzuladım, dərd ortağı axtardım. İndi sadəcə dostluq münasibətində olduğum biri var. Arzum budur ki, məni sevən birinin çiynində son mənzilə yola salınım".
Afət Rahilqızı həmçinin evində baş vermiş yanğını, keçirdiyi ağır əməliyyatı da xatırladaraq həmin dönəmlərdə özünü "qadın kimi heç kimə lazım olmayan biri" kimi hiss etdiyini vurğulayıb:
"Mən xəyanətlə qarşılaşsam, kənara çəkilərəm. Kimisə üz-üzə gətirmək, mübahisə etmək mənlik deyil".
Aparıcının səmimi etirafları sosial şəbəkələrdə geniş müzakirə yaradıb.
Musa
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
Hadise səhnə geyimi ilə yenidən gündəmdə - (Video)
XƏBƏR LENTİ
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Qaralmış gümüşü ovmadan təmizləyən üsul
-
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
-
Bəy şadlıq sarayına çatmamış yuxuya getdi – (Video)
-
Üç bürc üçün çox xoşbəxt dövr başlayır
-
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
-
Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)





