Siyasət

Ədliyyə nazirinin müavinlərinə ali xüsusi rütbələr verildi

26 Noyabr 2025 15:40
Baxış: 36

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Abiddin Qabil oğlu Hüseynov - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Toğrul Aydın oğlu Hüseynov - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.