Cəmiyyət

Bakıda icra hakimiyyətində işçilərdən test imtahanı götürülür - Nəticəsi zəif olanlar işdən çıxarılır

26 Noyabr 2025 15:00
Baxış: 82
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rəhbərlik etdiyi qurumda çalışan əməkdaşları tarix, informatika və məntiq fənləri üzrə imtahan edir.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, imtahan nəticələri zəif olan əməkdaşlar vəzifələrindən azad olunurlar.

İstifadəçilərin bildirdiyinə əsasən, imtahan test üsulu ilə keçirilir. 

Məsələ ilə bağlı Pirallahı Rayon İcra Hakimiyyətindən Milli.Az-ın sorğsuna cavab olaraq bildirilib ki, aparat əməkdaşlarının fəaliyyətinin daha səmərəli təşkili, xidməti məsuliyyətinin və peşə biliklərinin artırılması, idarəetmənin müasir tələblərə uyğunlaşdırılması üçün maarifləndirmə tədbirləri mütəmadi həyata keçirilir:

"Maarifləndirmə tədbirləri rəhbərlik və əməkdaşlar tərəfindən yüksək dəyərləndirilir. Dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi və formalaşdırılması prioritet istiqamətlərdəndir".

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.