Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rəhbərlik etdiyi qurumda çalışan əməkdaşları tarix, informatika və məntiq fənləri üzrə imtahan edir.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, imtahan nəticələri zəif olan əməkdaşlar vəzifələrindən azad olunurlar.
İstifadəçilərin bildirdiyinə əsasən, imtahan test üsulu ilə keçirilir.
Məsələ ilə bağlı Pirallahı Rayon İcra Hakimiyyətindən Milli.Az-ın sorğsuna cavab olaraq bildirilib ki, aparat əməkdaşlarının fəaliyyətinin daha səmərəli təşkili, xidməti məsuliyyətinin və peşə biliklərinin artırılması, idarəetmənin müasir tələblərə uyğunlaşdırılması üçün maarifləndirmə tədbirləri mütəmadi həyata keçirilir:
"Maarifləndirmə tədbirləri rəhbərlik və əməkdaşlar tərəfindən yüksək dəyərləndirilir. Dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi və formalaşdırılması prioritet istiqamətlərdəndir".
Mina Mikayılova
Milli.Az