Şou-biznes

Tacir Şahmalıoğlunun ifasını eşidən Əminə "üz turşutdu" - özü elə oxudu ki... - VİDEO

26 Noyabr 2025 15:07
Baxış: 82
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Tacir Şahmaloğlunun ifası zamanı diqqətlər həmkarı Əminə Şirinə yönəlib.

Milli.Az xəbər verir ki, "Rəngarəng" verilişində qonaq olan sənətçi Tacirin səhnə çıxışını dinləyərkən göstərdiyi üz ifadəsi sosial şəbəkə istifadəçiləri arasında maraq doğurub.

Hadisədən sonra Əminə Şirin həmin mahnını özü də canlı şəkildə ifa edib. İzləyicilərin əksəriyyəti onun ifasını bəyənib və sosial mediada müsbət rəylər yazıblar. Bununla yanaşı, Tacirin ifasını yüksək qiymətləndirənlər də az olmayıb.

Müzakirələrin artmasından sonra Əminə Şirin açıqlama verib:

"Mən jüri deyiləm ki, kiminsə ifasını tənqid edim. Söhbət söz və musiqidən gedirsə, müdaxilə edə bilərəm. Söz elə bir dəyərdir ki, tacirliyi, ticarəti sevmir...", - deyə o, bildirib.

Həmin kadrlar sosial şəbəkələrdə müzakirə olunmağa davam edir.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.