Dünya

Avropa İttifaqı Suriyadakı prezident seçkilərinin nəticələrini tanımır

27 May 2021 22:39
Baxış: 1 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı Suriyada keçirilmiş prezident seçkilərini şəffaf və ədalətli hesab etmir. Bu səbəbdən də onların nəticələrini tanımır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Jozef Borrel Portuqaliyada keçirilən İttifaq ölkələri XİN başçılarının qeyri-formal görüşü zamanı bəyan edib.

"Bu seçkilər azad və ədalətli deyildi. O, münaqişənin həllinə, dünya ictimaiyyətinin Suriya rejimi ilə münasibətlərinin normallaşmasına yardım etməyəcək. Buna görə də, seçki prosesini tanıya bilmərik. Suriya rejimini həqiqi siyasi prosesi başlamağa çağırırıq. Hazırda bu baş vermir. Biz bu seçkiləri tanımırıq", -deyə o, bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.