Rusiya Daxili İşlər Nazirliyi Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskayanın adını axtarılan şəxslər siyahısından silib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in saytında axtarış sorğusuna cavabda deyilir:
"Axtarışınıza uyğun şəxs tapılmadı".
Xatırladaq ki, Tixanovskaya Rusiya DİN-in axtarılanlar siyahısına 2020-ci ilin oktyabrında salınıb. Ona qarşı hər hansı cinayət işi açılmasa da, Rusiya DİN-dən Belarus müxalifət liderinin adının iki ölkə arasında bağlanmış müvafiq razılaşma çərçivəsində dövlətlərarası axtarışdan söhbət getdiyi üçün axtarışda olanlar siyahısına daxil edildiyi bildirilirdi.
Milli.Az