Rusiya Tixanovskayanın adını axtarılanlar siyahısından sildi

25 May 2021 23:13

Rusiya Daxili İşlər Nazirliyi Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskayanın adını axtarılan şəxslər siyahısından silib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in saytında axtarış sorğusuna cavabda deyilir:

"Axtarışınıza uyğun şəxs tapılmadı".

Xatırladaq ki, Tixanovskaya Rusiya DİN-in axtarılanlar siyahısına 2020-ci ilin oktyabrında salınıb. Ona qarşı hər hansı cinayət işi açılmasa da, Rusiya DİN-dən Belarus müxalifət liderinin adının iki ölkə arasında bağlanmış müvafiq razılaşma çərçivəsində dövlətlərarası axtarışdan söhbət getdiyi üçün axtarışda olanlar siyahısına daxil edildiyi bildirilirdi.

Milli.Az