Dünya

Gürcüstanda “Sinovac” vaksininin tətbiqinə başlanılıb

24 May 2021 11:24
Baxış: 942
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gündən Gürcüstanda koronavirus əleyhinə Çin istehsalı "Sinovac" vaksininin tətbiqinə başlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Çin vaksininin Gürcüstanda yaşı 18-dən çox olan şəxslər üçün istifadəsi nəzərdə tutulub. Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktor müavini Paata İmnadzenin sözlərinə görə, ənənəvi üsullarla hazırlanan "Sinovac" vaksininin yan təsirləri digər vaksinlərlə müqayisədə daha azdır və yüngül formada müşahidə olunur. Bildirib ki, effektivliyi 85-100 faiz arası dəyişən vaksinin yaxın günlərdə ÜST tərəfindən təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, Gürcüstan hazırda 100 min doza "Sinovac" peyvəndinə malikdir. Martın 15-də başlanılan vaksinasiya çərçivəsində qonşu ölkədə "Pfizer", "AstraZeneca", "Sinopharm" vaksinlərindən istifadə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.