Dünya

Həsən Ruhani: İran Vyanada aparılan danışıqları razılaşma əldə edilənə kimi davam etdirəcək

23 May 2021 22:49
Baxış: 1 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Vyanada aparılan danışıqları razılaşma əldə edilənə kimi davam etdirəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib. O bildirib ki, İranın iqtisadi inkişaf göstəriciləri onu deməyə əsas verir ki, sanksiyalar səmərəsiz olub. Sanksiyalara və koronavirus pandemiyasına baxmayaraq, ölkənin avtomobil sənayesi inkişaf istiqamətindən geridə qalmayıb. Bununla yanaşı, İran regionda benzin ixracatçısına çevrilib. Müqavimət iqtisadiyyatı öz müsbət təsirini göstəməkdədir.

İran Prezidenti bir daha bəyan edib ki, ABŞ İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları ləğv etməyə hazır olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.