Dünya

Kadırov onu "şeytan" adlandıran izləyicisini tapıb, görün nə ETDİ - VİDEO

20 May 2021 14:48
Baxış: 21 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çeçenistan prezidenti Ramzan Kadırov onu "şeytan" adlandıran sosial şəbəkə istifadəçisini tapıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, o, Moskvada yaşayan dağıstanlı Əhməd Valjayevdir. Belə ki, Valjayev Kadırovdan ailəliklə üzr istəyib. Maraqlısı budur ki,  şəxsin üzr istəmə görüntüsü bütün Çeçenistan televiziyasında yayımlanıb.

Qeyd edək ki,  "Instagram" hesabında canlı yayım zamanı Kadırovun izləyicilərindən biri onu "şeytan" adlandırıb. Bu zaman Kadırov şərhi oxuyub və ekrangörüntüsünü çəkib.

"Əgər bunu mənə yazırsansa, səni tapacağam. O zaman bizdən kimin şeytan olduğunu görəcəyik. Mən çox şeytanları məhv etmişəm və səni də məhv edəcəyəm", - deyə R.Kadırov bildirmişdi.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.