Dünya

Şahzadə Harridən gözlənilməz açıqlama

15 May 2021 12:00
Baxış: 988
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniya şahzadəsi Harri gözlənilməz bəyanat verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hələ 20 yaşı olarkən kral ailəsindən getməyi və müvafiq öhdəliklərdən imtina etməyi düşünüb.

Harri öz keçmiş həyatını "Trumen şuousu ilə zoopark arasındakı həyat" kimi səciyyələndirib.

O, uşaqlıqda keçirdiyi iztirabları xatırlayıb və öz övladlarının bu çətinliklərdən azad böyüməsini təmin etmək üçün kral ailəsindən uzaqlaşdığını qeyd edib.

Xatırladaq ki, şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl 2020-ci ilin yanvarında kral ailə üzvlüyündən imtina etdiklərini bəyan ediblər. Bir müddət sonra oğulları Arçi ilə ABŞ-a köçən cütlüyün bu yay qızları dünyaya gəlməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.