Dünya

Türkiyədə "Sinovac" vaksininin istehsalı gözlənilir

12 May 2021 21:40
Baxış: 593
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin "Sinovac" vaksininin Türkiyə daxil olmaqla beş ölkədə istehsalına icazə verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə istehsalçı şirkət açıqlama yayıb.

Qeyd edək ki, Türkiyədə COVID-19 infeksiyasına qarşı kütləvi vaksinləşmə davam edir. Qrafik üzrə tətbiq olunan "Sinovac" vaksinin sayı 30 milyona yaxınlaşır.

Türkiyə hökuməti yaxın aylarda ölkə əhalisi sayının 3 misli qədər, yəni 240 milyon doza civarında vaksin tədarük etmək niyyətindədir. Bunun üçün fərqli şirkətlərə məxsus vaksinin əldə etmək, eləcə də yerli istehsala başlamaq istiqamətində mühüm addımlar atılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.