Rusiya

Rusiya Polşaya dron hücumu iddialarını təkzib edib

12 Sentyabr 2025 19:34
Baxış: 414
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kreml sözçüsü Dmitri Peskov Polşaya qarşı dron hücumu ittihamlarını rədd edib və Müdafiə Nazirliyinin açıqlamasının kifayət etdiyini bildirib. Rusiya Müdafiə Nazirliyi dronların Ukrayna və Belarus ərazisindən Polşaya uçmasının mümkün olmadığını vurğulayıb və Polşanın Müdafiə Nazirliyi ilə danışıqlara açıq olduğunu qeyd edib.

Milli.Az xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk isə hava məkanını pozan dronların hücum məqsədli olduğunu söyləyib. Peskov isə Varşavanın bəyanatlarını digər Qərb ölkələrinin açıqlamalarına bənzədib.

Rusiya və Belarusun birgə hərbi təlimlərinin heç bir ölkəyə qarşı olmadığını bildirən Peskov, bunları əməkdaşlıq çərçivəsində dəyərləndirib.

NATO və Avropa İttifaqı isə Kremlin açıqlamalarına şübhə ilə yanaşır və Şərqi Avropa ilə Baltikyanı ölkələrin müdafiəsini gücləndirməyi planlaşdırır. NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç bildirib ki, Litvanın hava məkanını poza biləcək dronlar izlənilir və ehtiyac yaranarsa, Alyans müdaxilə edəcək.

Litvanın müdafiə naziri Dovile Şakalene isə Polşanın hava məkanına dronların daxil olmasının Litvada da narahatlıq doğurduğunu vurğulayıb.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.