Dünya

Rusiyada koronavirusu bu dərmanlarla müalicə edəcəklər

7 May 2021 20:51
Baxış: 842
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Səhiyyə Nazirliyi koronavirus infeksiyasına qarşı yeni təlimatı açıqlayıb.

Milli.Az bildirir ki, yeni təlimata əsasən, "Hidroksixloroxin" COVID-19 müalicəsi üçün təyin olunan dərmanlar siyahısından çıxarılıb. Bunun əvəzinə bu siyahıya "immunoglobulin" əlavə edilib.

Ondan xəstəxanada müalicə alan xəstələrin müalicəsi üçün istifadə edilməsi tövsiyə olunub.

Ümumilikdə, "Yeni koronavirus infeksiyasının qarşısının alınması, diaqnozu və müalicəsinə dair müvəqqəti təlimat"ın 11-ci nəşrində beş dərman - "Favipiravir", "Remdesivir", "İnterferon-alfa", COVID-19-a qarşı insan immunoglobulini, "Umifenover" dərmanlarının siyahısı verilib.

Eyni zamanda, COVID-19-un qarşısının alınması üçün "KoviVak" və "Sputnik Layt" dərmanları peyvənd siyahısına daxil edilib. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.