Dünya

Ukraynada üçüncü dalğa başa çatdı

7 May 2021 21:30
Baxış: 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ölkəmizdə koronavirus pandemiyasının üçüncü dalğası başa çatıb".

Milli.Az xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Maksim Stepanov bildirib.

Onun sözlərinə görə, yoluxmanın üçüncü dalğası ikinci dalğa ilə müqayisədə daha çox insanın ölümünə səbəb olub.

Nazir arxayınlaşmağın hələ tez olduğunu qeyd edib:

"Nəhayət üçüncü dalğanı geridə qoyduq. Ötən iki ay olduqca çətin keçdi. Vəziyyəti nəzarətdə saxlamaq demək olar ki, mümkünsüz idi. Hər bir insan həyatı uğrunda müharibədə olduğu kimi mübarizə aparırdıq. Arxayınlaşmaq olmaz. Xüsusilə də istirahət günlərində daha diqqətli olmağa ehtiyac var. Əylənmək gözəldir, amma insan həyatı qədər dəyərli deyil". /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.