Dünya

Çexiya koronavirusla bağlı məhdudlaşdırma tədbirlərini bir qədər yumşaldır

7 May 2021 21:35
Baxış: 817
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çexiyada koronavirusla bağlı karantin tədbirlərinin yumşalması qaydaları qüvvəyə minib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni qaydalar bütün ölkə üzrə tətbiq ediləcək. Artıq qəbul edilmiş qanuna əsasən, immunizasiyanın bütün mərhələlərini keçmiş və ya tamamilə sağalmış şəxslər COVID-19 testinin nəticəsi mənfi olan vətəndaşlarla bərabər hüquqla maneəsiz və sərbəst şəkildə restoranlara, kafelərə, bərbərxanalara və s. gedə biləcəklər.

Bununla belə, vətəndaşların immunizasiyanın bütün mərhələlərinin keçməsini təsdiq edən və ən azı 14 gün ərzində etibarlı olan kağız və ya rəqəmsal formada sübut daim əllərində olmalıdır. Tamamilə sağalanlar isə ekspres testin nəticəsini təqdim etməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.