Dünya

Əsgər yoldaşını öldürən erməniyə cinayət işi açıldı

6 May 2021 08:33
Baxış: 859
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun əsgər yoldaşını güllələyərək öldürməsi faktı ilə bağlı cinayət işi açılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, 19 yaşlı Artyom Melkonyanı öldürən hərbi qulluqçu artıq saxlanılıb. Hadisə mayın 4-də cənub istiqamətində yerləşən hərbi hissələrin birində baş verib.

Adı açıqlanmayan əsgərə qarşı Ermənistan Cinayət Məcəlləsinin silah, döyüş sursatı və əşyalara, materiallara və ətrafa daha çox təhlükə yaradan maddələrlə davranış qaydalarını pozma maddəsi üzrə cinayət işi başlanıb.

İlkin istintaq davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.