Dünya

Meksikada metro körpüsü çökdü: 24 ölü

4 May 2021 23:18
Baxış: 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikanın paytaxtı Mexiko şəhərinin cənubunda metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu mətbuat konfransı zamanı şəhərin mülki müdafiə idarəsinin rəhbəri Miriam Ursua deyib.

M.Ursua bildirib: "Ümumilikdə 24 nəfər ölüb. Onlardan 21-i hadisə yerində, 3-ü isə xəstəxanada".

Onun sözlərinə görə, hazırda 27 nəfərin müəlicəsi davam etdirilir.

Mexikonun meri mətbuat konfransında şəhərdə matəm elan olunduğunu açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.