Dünya

Çində QADAĞA - yeyilməyən yeməklərə görə...

3 May 2021 19:40
Baxış: 990
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində ərzaq israfına qarşı mübarizə üçün qanun qəbul edilib. Belə ki, ictimai iaşə obyektlərinin müştəriləri boşqablarında yeyilməyən yeməklərə görə cərimələnəcək.

Milli.Az xəbər verir ki, bu barədə "Sinxua" xəbər yayıb.

Cərimənin miqdarı və hansı şəraitdə veriləcəyi hələ açıqlanmayıb.

Qanun Çinin saxlama, daşınma və emal mərhələlərində hər il təxminən 35 milyard kiloqram taxıl itirməsi və şəhərlərdə hər gün 50 ton qida tullantıları istehsal etməsi səbəbindən qəbul edilib.

Bildirilir ki, bir neçə aylıq tullantı ilə bütün Çini doyurmaq olar. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.