Dünya

Rusiya Avropa Parlamenti sədrinin ölkəyə girişinə qadağa qoydu

1 May 2021 08:28
Baxış: 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya XİN Avropa İttifaqının 2 və 22 mart tarixli sanksiyalarına qarşı cavab tədbirlərini açıqlayıb.

TASS xəbər verir ki, Avropa İttifaqı ölkələrinin 8 vətəndaşının, o cümlədən də Avropa Parlamenti sədri David Mariya Sassoli və Berlin şəhər prokuroru Yorq Raupaxın Rusiyaya girişi qadağan olunub.

Ölkənin Xarici İşlər Nazirliyindən verilən bəyanata görə, rəsmi Brüssel Moskvanın mövcud problemləri dialoq yolu ilə həll etmək barədəki çağırışlarına məhəl qoymur və rusiyalı vətəndaşlarına qarşı məhdudlaşdırıcı tədbirlər görməyə davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.