Dünya

Qırğızıstan və Tacikistan atəşkəs barədə razılığa gəlib

29 Aprel 2021 19:58
Baxış: 913
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qırğızıstan və Tacikistan xarici işlər nazirləri atəşkəs barədə razılığa gəliblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, razılığa əsasən, bu gün yerli vaxtla saat 20.00-dan atəşkəs qüvvəyə minməlidir.

Razılaşmaya görə, hər iki tərəfdən silahlı qüvvələr əvvəlki yerlərinə qayıdacaq.

Tərəflər ərazidə monitorinq aparılması barədə də razılığa gəlib.

Qeyd edək ki, bu gün Qırğızıstan və Tacikistan sərhədində hər iki ölkənin silahlı qüvvələri arasında atışma olub. Toqquşma nəticəsində 1 Qırğızıstan vətəndaşının öldüyü, 16 nəfərin isə yaralandığı bildirilir. Tacikistan tərəfi isə üç vətəndaşın güllə yarası aldığını açıqlayıb.

Axşam saatlarında Qırğızıstanın Batkən regionunun Leilek rayonunda Tacikistan və Qırğızıstan sərhədçiləri arasında yenidən atışma olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.