Dünya

Cavad Zərifin səs yazısına Rusiya XİN-dən reaksiya

29 Aprel 2021 18:44
Baxış: 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biz İranın rəsmi mövqeyinə istinad edirik.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə İran XİN başçısı Məhəmməd Cavad Zərifin səs yazısının yayılmasına münasibət bildirərkən deyib.

"Biz İranın rəsmi mövqeyinə istinad edirik. Rusiyanın həlledici köməyi olmasaydı, İranın nüvə sazişi olmazdı. Rusiya İranla əməkdaşlığı genişləndirmək niyyətindədir. Biz tərəfdaşlarımızla münasibətləri sözlərə görə deyil, işə görə mühakimə edirik", - Rusiya XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Qərb mətbuatında İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin səs yazısı yayılıb. Həmin səs yazısında Zərif bildirib ki, Moskva İranın ABŞ-la nüvə sazişinə mane olmağa çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.