Dünya

Senat Samanta Poueri USAID-in rəhbəri vəzifəsinə təsdiqləyib

29 Aprel 2021 12:20
Baxış: 576
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Senat Samanta Poueri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri vəzifəsinə təsdiqləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, Senatda keçirilən səsvermədə 68 senator onun namizədliyinin lehinə, 26 senator isə əleyhinə səs verib.

Samanta Pouerin namizədliyi Prezident Co Bayden tərəfindən yanvar ayında irəli sürülüb. O, USAID-in 19-cu rəhbəri olacaq.

S. Pouerin andiçmə mərasimi mayın 2-də keçiriləcək.

Qeyd edək ki, Pulitzer mükafatlı jurnalist Samanta Pouer Obama administrasiyası dövründə ABŞ-ın BMT-dəki səfiri olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.