Dünya

2021-ci ilin apreli Braziliyada pandemiyanın ən ölümcül ayı oldu

26 Aprel 2021 19:48
Baxış: 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprel ayının sonuna 5 gün qalmasına baxmayaraq, 2021-ci ilin bu ayı Braziliyada pandemiyanın ən ölümcül ayı sayılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son 25 gündə ölkədə COVID-19-dan 67 min 723 ölüm hadisəsi qeydə alınıb. Məlumata görə, Braziliyada koronavirus pandemiyasının bütün dövrü ərzində 390 mindən çox insan həyatını itirib. Bunun da 17 faizi məhz bu ayın payına düşür.

Təkcə son 24 saat ərzində 70 min 105 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Beləliklə, pandemiya başlayandan bəri ölkədə 14 378 320 nəfərə COVID-19 xəstəliyi diaqnozu qoyulub.

2020-ci ildə koronavirusdan ölənlərin sayına (32 912 nəfər) görə antirekord iyul ayında müəyyən edilib.

Bu gün Braziliyada COVID-19-a qarşı peyvənd olunanların sayı 28,9 milyon nəfər təşkil edir ki, bu da ölkə əhalisinin 13,68 faizi deməkdir. Onlardan 12 499 298 nəfərə "CoronaVac" və "AstraZeneca" vaksinlərinin hər iki dozası vurulub. Bu isə, ölkə əhalisinin yalnız 5,9 faizini təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.